Gəncə sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadını öldürüb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, Gəncə şəhər sakini Niyaz Babayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Maisə Ələkbərovaya yaşadığı evdə qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Maisə Ələkbərova orada ölüb. Gəncə RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Niyaz Babayev tutulub.