"Qiymət artımı vətəndaşların büdcəsinə təsir edəcək səviyyədə deyil” - Deputat

"Qiymət artımı vətəndaşların büdcəsinə təsir edəcək səviyyədə deyil” - Deputat
SOSİAL
14:56 31.07.2018
17479
"Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımı ilk növbədə dövlət xərclərinin azalmasına xidmət edəcək. Bu, həm də nəqliyyat sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılmasına da dəstək olacaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarını şərh edərkən deyib.

Millət vəkili fikirini belə əsaslandırıb ki, nəqliyyat dotasiya, yəni zərərlə işləyən sahədir, gəlirləri xərclərini ödəmədiyinə görə, onlara dövlət tərəfindən vəsait ayrılırdı:

"Qiymət dəyişikliyindən sonra dövlətin bu sahəyə ayırdığı xərcləri bu sektordan istifadə edən vətəndaşlar bölüşmüş olacaq. Dövlət isə həmin xərcləri daha çox sosial sahəyə yönəltmiş olacaq. Eyni zamanda nəqliyyat təsərrüfatının yenilənməsi, yeni avtobus, qatarların alınması, xidmət keyfiyyətinin artırılması günün tələblərindən biridir. Bakı şəhəri turizm mərkəzinə çevrilir, xarici turistlərimiz olur. Bu mənada nəqliyyat sektorunda komfortun artması, bu sahənin yenilənməsi baxımından gəlirlərinin artırılması labüddür”.

Millət vəkili onu da vurğulayıb ki, bu artım o qədər də böyük deyil:

"Azərbaycanda nəqliyyatdan istifadə üçün ödənişlər digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bu artım isə vətəndaşların büdcəsinə ciddi təsir edəcək səviyyədə yüksək deyil. Ona görə Tarif Şurasının qərarı dövlət xərclərinin azaldılması, digər tərəfdən nəqliyyat sektorunda yenilənmələrə dəstək, vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib