19 yaşlı qız onunla evlənməkdən imtina edən oğlanı qohumunun və dostlarının köməyilə qaçırıb.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Vanda baş verib.Onlar nişanlını qaçırandan sonra onu döyüblər, sonra isə qız vəfasız “eşqinin” cinsi orqanını kəsib.Qeyd edək ki, Veysəl Y. 4 gün bundan əvvəl nişanlısı Büşraya onunla evlənməkdən vaz keçdiyini deyib.Bundan qəzəblənən qız qohumu olan 22 yaşlı Dəniz və qohumunun dostları S.T, M.Ö, Ü.K və B.S ilə birlikdə oğlanı mikroavtobusa mindirərək, qaçırıblar. Erek dağının yamacındakı Kevenli kəndində Veysələ işkəncə verən Büşra və dostları daha sonra onun cinsi orqanını kəsiblər.Ürəkləri soyumayan gənclər daha sonra onu hərəkətdə olan mikroavtobusdan yerə ataraq uzaqlaşıblar.İstintaq başladan polis əməkdaşları Veysəllə görüşəndən sonra hadisə yerinə baş çəkiblər və kəsilən cinsi orqanı axtarmağa başlayıblar. Lakin axtarışlar nəticə verməyib.Cinayət Bürosunun detektivləri hadisəni törədən digər şəxslərin axtarışına başlayıb.