Qız oğlana evlənmə təklifi edib, barmağına üzük taxdı - VİDEO

MARAQLI
12:47 02.07.2012
3276
Hər gün dünyada baş verən evlənmək təklifləri karvanına yenisi qoşulub. Türkiyənin Təkirdağ vilayətində 24 yaşlı qız 36 yaşlı sevgiulisinin qarşısında diz çökərək ona evlənmək təklif edib. Oğlandan müsbət cavab alan Əminə Çələbi onun barmağına üzük taxıb. Evlənmək təklifi etmək üçün romantik mühit yaratmaq isə qıza böyük zəhmət və vaxt bahasına başa gəlib. Belə ki, Əminə Çələbi evlilik təklifi edəcəyi məkanda 150 ədəd şam yandırıb, küləyin sömdürməməsi üçün bu şamları plastik stəkanlara yerləşdirib, küləyin uçurmaması üçün isə stəkanlara su töküb. Baş verəcəklərdən xəbəri olmayan Sonner Buvan üçün bu evlənmək təklifi sürpriz olub və o, sevgilidinə müsbət cavab verib.
OXŞAR XƏBƏRLƏR