Qız oğlanı döyüb, videonu youtube-a qoydu – VİDEO

MARAQLI
12:21 17.01.2013
6658

Şotlandiyalı yeniyetmə qızın məktəbli oğlanı döydüyünü göstərən və youtube portalında yayımlanan video barədə cinayət işi açılıb, polis araşdırma aparır.Publika.Az xəbər verir ki, Youtube portalında yerləşdirilən videoda görmək olur ki, təxminən 14 yaşlı yeniyetmə qız məktəbli oğlanın başına dəfələrlə vuraraq ona təhqiramiz sözlər deyir.Hadisənin Vişavda yerləşən, katolik əsaslı Müqəddəs Aidan məktəbinin iki şagirdi arasında baş verdiyi deyilir.İki dəqiqəlik videodan məlum olur ki, qız məktəbli oğlanı pul verməyə məcbur edir. Videoda qız oğlana deyir ki, “bax heç o danışa da bilmir”, oğlan isə cavab verərək, qızlara əl qaldırmadığını deyir, sonra qız onu ağır sözlərlə təhqir etməyə başlayır.Məktəbin mətbuat xidməti video ilə bağlı hər hansı şərh verməyəcəyini deyib.Hadisə dərs saatlarında baş verib. Polis bildirib ki, artıq cinayət işi açılıb, araşdırma aparılır.Məktəbin daxili nizamnaməsində isə qeyd edilib ki, bütün şagirdlər bir-birinə hörmətli davranmalıdır. Əks təqdirdə kobud şagirdə qarşı cəza tədbirləri görüləcək.

OXŞAR XƏBƏRLƏR