"Qız övladının ana bətnində abortla məhv edilməsi prosesi artıb" - Qənirə Paşayeva

"Qız övladının ana bətnində abortla məhv edilməsi prosesi artıb" - Qənirə Paşayeva
SOSİAL
15:37 20.04.2017
944

 

Millət vəkili Qənirə Paşayeva cinsi seleksiya ilə mübarizəyə həsr olunmuş tədbirdə cəmiyyətə çağırış edib:"Ana bətnində qız uşaqlarının məhz qız olduğu üçün qətlə yetiriılməsinə qarşı ciddi mübarizə aparmalıyıq".

AZXEBER.COM xəbər verir ki, Aydınlığa Doğru İB-nin ailə ənənələrinin gücləndirilməsi, cinsi seleksiyaya qarşı mübarizəyə dair tədbirində və bununla bağlı hazırlanmış klipin təqdimatında çıxış edən millət vəkili Q.Paşayeva dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verilməsi və bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini qeyd edib:” Biz qadına münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır. Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. "Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladının ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır. Artıq məsələyə bu şəkildə yanaşmalıyıq ki, buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Ancaq çox təəssüf ki, bizdə bu proses gedirdi və ana sağlamlığını da məhv edirdi. Bu qadınlara qarşı zorakılığın başlanğıc nöqtəsidir. Ancaq əsas məsələ odur ki, cəmiyyətlə iş aparılmalıdır. Əsas məqsəd övladın qız və ya oğlan olması deyil, məqsəd yaxşı övlad yetişdirmək olmalıdır. Bu selektiv abortlar demoqrafik göstəricilərə də yansıyıb. Son illərin statistikasına baxsaq, oğlanların sayı artır, qızların sayı azalır. Bu statistika elə bu istiqamətdə də davam etsə, problemin gələcəyini düşünmək mümkündürmü? Biz bəzi ölkələrin bu sahədəki təcrübəsindən dərs çıxartmalıyıq və buna yol verməməliyik”. Ölkəmizdə boşanmaların sayının da artmasından danışan millət vəkili Q.Paşayeva bu bizim hamımızı ciddi narahat etməlidir deyib:” Boşanmaların artmasının əziyyətini uşaqlar çəkir. Televiziyalarda ailə ilə bağlı proqramlar olmalıdır. Ancaq indiki bəzi proqramlar ailələrə xeyir verməkdənsə, ziyan vurur. Bu proqramlar şou vasitəsinə çevrilməməlidir. Təkcə mənfi nümunələr yox, yaxşı ailə modelləri də efirə çıxarılmalıdır, gənclərə örnək olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər