Qızdırmadan əziyyət çəkən xəstəyə yanlış iynə vuruldu, canından oldu

Qızdırmadan əziyyət çəkən xəstəyə yanlış iynə vuruldu, canından oldu
DÜNYA
15:27 21.10.2022
259
İmmun plazma yerinə limon suyu vurulan xəstənin öldüyü iddia edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında qızdırmadan əziyyət çəkən şəxsə immun plazma əvəzinə limon suyu vurulub. 

Uttar-Pradeş ştatının Allahabad şəhərində qızdırması olan şəxsin ailəsi iddia edib ki, qohumlarına immun plazma əvəzinə limon suyu vurulub və xəstə buna görə dünyasını dəyişib. 

Ailə sözügedən hadisə ilə bağlı cinayət işi açıb, hadisənin baş verdiyi iddia edilən xəstəxana müvəqqəti olaraq bağlanıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR