Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti oyununu keçirib

İDMAN
21:11 25.05.2024
220
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

 Faiq Qarayevin baş məşqçisi olduğu yığma II turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.

Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:19, 25:19, 25:19).

Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.

OXŞAR XƏBƏRLƏR