Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyununa çıxacaq

İDMAN
11:40 02.06.2024
179
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirəcək.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki beş oyunda iki qələbə qazanan Azərbaycan milisi altı xalla 12 komanda arasında 8-ci sırada qərarlaşıb. Sonuncu sıradakı Avstriyanın isə xalı yoxdur.

OXŞAR XƏBƏRLƏR