“Onun qələbə sevinci itki kədərinə qarışdı”.
Avropa Oyunlarının qalibi olmuş və Azərbaycana 15-ci qızıl medalı qazandıran boksçumuz Teymur Məmmədovun ailəsində ağır itki üz verib.
AZXEBER.COM xəbər verir ki, bunu ATV.az-a idmançının təmsil etdiyi “Rabitə” boks klubundan bildiriblər:
“Final döyüşü günü bildik ki, Teymurun cavan yaşında baldızı rəhmətə gedib. Lakin bu xəbəri ona çatdırmağa heç kəs cürət eləmədi. Ona bu xəbəri yalnız döyüşdən sonra dedilər. Teymurun qələbə sevinci itki kədərinə qarışdı”.