Qızıl medalı Azərbaycana həsr edən türk atlet: “Körpücük üzərinə çıxanda Naziləyə verdiyim sözü yadıma saldım”

Qızıl medalı Azərbaycana həsr edən türk atlet: “Körpücük üzərinə çıxanda Naziləyə verdiyim sözü yadıma saldım”
SOSİAL
11:47 16.04.2023
637

"Azərbaycan bayrağına qarşı edilən hərəkətə çox məyus olduq. Sizə edilən hörmətsizlik bizə edilmişdir. Bu da bizim üçün əlavə motivasiya oldu və onlara türkün gücünü göstərdik”.

Bunu Oxu.Az-a açıqlamasında İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 45 kq çəki dərəcəsində qızıl medal qazanmış və bu qələbəsini Azərbaycan xalqına həsr edən türkiyəli atlet Cansu Bektaş deyib.

Türk idmançı bildirib ki, onunla eyni çəkidə mübarizə aparan Azərbaycan idmançısı Nazilə İsmayılovaya və onun məşqçisinə qalib gəlmək üçün söz verib: "Çəkini qaldırmaq üçün körpücük üzərinə çıxanda bu sözü yadıma saldım və əlavə ruh yüksəkliyi ilə qaldırdım. Dövlət Himnimiz İrəvanda səsləndirilərkən çox duyğulandım”.

Cansu Bektaş qeyd edib ki, Ermənistan paytaxtında onlara da eyni azərbaycanlı idmançılara olduğu kimi xüsusi təhlükəsizlik qaydaları tətbiq olunurdu: "Hoteldən çıxamağa icazəmiz yox idi, qapımızın önündə polislər keşik çəkirdi. İnsanların bizə kinli baxışları daim üzərimizdə bir təzyiq yaradırdı, amma biz bu təzyiqin öhdəsindən gəlməyi bacardıq və onlara himnimizi dinlətdik”.

İlk dəfə beynəlxalq yarışda bu cür hadisə ilə qarşı-qarşıya qaldığını deyən idmançı azərbaycanlı həmkarı Nazilə İsmayılova ilə yaxın münasibətinin olduğunu bildirib: "İslam oyunlarında da onunla rəqib idik. Məncə, qalsaydı, Nazilə də mütləq medal qazanacaqdı. Getməyi məni çox məyus etdi”.
Sonda bütün Azərbaycan xalqına təşəkkürlərini bildirən türk atlet idmansevərlərə salamlarını göndərib.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO