17:44 çərşənbə, 12 Dekabr 2018
İDMAN

“Qızıl top” üçün məndə nə çatmır?” - Qrizmann

16:24, 04.12.20182555
“Qızıl top” üçün məndə nə çatmır?” - Qrizmann
"Atletiko"nun hücumçusu Antuan Qrizmann "Qızıl top" uğrunda mübarizədə ilk "3-lükdə" yer almasına münasibət bildirib. 

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, fransız finalçılar arasında olmasından qürur duyduğunu deyib. "Bu il mənim üçün uğurlu oldu. Dünya çempionu titulunu, Avropa Liqasını, Superkuboku qazandım. Məqsədlərimə çatdım. "Qızıl top"un finalçıları arasında olmaq qürurvericidir. İddialılara hörmətlə yanaşıram. Modriçi təbrik edirəm. Xorvat ili əla başa vurdu. Dünya çempionu olmaq tarixi hadisədir. Qızıl top"a sahib olmaq da yaxşıdır. Belə bir mükafatın evimdə olmasını çox istərdim. Bəlkə gələn il ... Komanda yoldaşlarıma minnətdaram. "Qızıl top" üçün məndə nə çatmır? Yaxşı sualdır", - Qrizmann deyib.
XƏBƏR LENTİ