2011-2012-ci il mövsümündə UEFA versiyası üzrə Avropanın ən yaxşı futbolçularına verilən “Qızıl top”a namizədlərin sayı 3-ə enib.
AZXEBER.COM-un məlumatına görə, bunlar “Barselona”da çıxış edən Andres İnyesta və Lionel Messi, eləcə də Madrid "Real"ının formasını geyən Kriştiano Ronaldodur.
UEFA üzvü olan 53 milli assosiasiyanın eyni sayda jurnalist təmsilçisi 32 nəfərlik ilkin siyahını 3-dək qısaldıb. Yekun səsvermə avqustun 30-da Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində baş tutacaq. Jurnalistlər 3 namizədə birbaşa efirdə elektron sistem vasitəsilə səs verəcəklər.
İlkin mərhələdə isə hər bir yazar 5 ən yaxşı futbolçunu açıqlayıb. Birinci yerə 5, ikinciyə 4, üçüncüyə 3, dördüncüyə 2, beşinciyə 1 xal verilib. Artıq 4 – 10-cu yerlərin sahibləri məlumdur: