Qızıl unitazlara uyğun qızıl salfet - FOTO

MARAQLI
14:12 02.04.2014
1765
Almaniyada 24 karatlıq qızıldan tualet kağızlarının istehsalına başlanılıb
Qızıl unitaza sahib olanlar bundan sonra qızıl tualet kağızlarından istifadə edə biləcəklər.
ANS PRESS-in məlumatına görə, Almaniyanın Qrafenau şəhərindəki "Tissue Design" şirkəti qızıl tualet kağızlarının istehsalına başlayıb. Şirkətin məhusllarının üzərində 24 karatlıq qızılla şəkillər işlənib.
Basma naxışlar olan kağız rulonlar fərdi sifarişlərlə hazırlanır. Bahalı tualet kağızlarını firmanın sahibi və dizayneri Fritsem Loyblom şəxsən özü hazırlayır.
Qızıl basmalı tualet kağızlarının bir rulonun qiyməti 179 avrodur. Bu məbləğ isə pullarını xərcləməyə yer tapmayan varlılar üçün olduqca kiçik məbləğdir.
OXŞAR XƏBƏRLƏR