Qızıl üstündə qadını ölümcül hala saldılar - Gədəbəydə dəhşət

Qızıl üstündə qadını ölümcül hala saldılar - Gədəbəydə dəhşət
SOSİAL
16:07 11.01.2018
1238
Gədəbəy şəhərində yaşayan 59 yaşlı Rahilə İbrahimova evinə gələrkən xoşagəlməz sürprizlə qarşılaşıb.
 
AZXEBER.COM ARB TV-ə istinadən xəbər verir ki, əvvəldən tanıdığı şəxs evinə gizlin girərək onun gəlməsini gözləyib. İbrahimova qapıdan keçən an boynundan yapışaraq ona hədə-qorxu gəlib.
 
 
Zərərçəkən Rahilə İbrahimova başına gələnlərlə bağlı bunları deyib:"Dedim ki, istəyirsən malımı apar, məni burax yazığam. Xəstə uşağım var içəridə. Dedi ki, səni bəlkə içərdəki uşağa görə bağışladım. Yıxdı məni vurdu, burnumu qırdı. Sonra da əlimdəki qızılları aldı. Məni də padvala salıb dedi ki, kompot gətir. Dedi ki, 5 dəqiqə çıxsan ordan səni vuracam. Əlində bıçaq var idi”.

Yaralı halda evinə girən qadın mənzilinin alt-üst olduğunu görüb və qonşuları köməyə çağırıb: "Yuxarı çıxanda gördüm ki, bütün evi dağıdıb. Birtəhər qonşuya getdim. Polis gəldi sonra. 1 kilodan artıq qızılımı apardı”.

Rahilə İbrahimovanın sözlərinə görə, həmin şəxsi müştərisi olan başqa bir adam vasitəsilə tanıyıb. Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR