Qızılca Avropada rekord səviyyəyə çatdı: ÜST-dən xəbərdarlıq

Qızılca Avropada rekord səviyyəyə çatdı: ÜST-dən xəbərdarlıq
SAĞLAMLIQ
13:45 29.11.2025
641
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2024-cü ildə Avropa və Orta Asiyada 120 mindən çox qızılca hadisəsinin qeydə alındığını və bunun son 25 ilin ən yüksək göstəricisi olduğunu açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bölgədə yoluxma halları ötən il 47% artıb. Artımın əsas səbəbi isə peyvəndlənmənin azalmasıdır.

Dünya üzrə 2024-cü ildə təxminən 11 milyon qızılca halı, 95 min ölüm qeydə alınıb. Peyvənd kampaniyaları 2000-ci ildən bəri 59 milyon insanın həyatını xilas etsə də, xəstəlik yenidən artış dövrünə qayıdır.

ÜST bildirir ki, qızılcanın qarşısını almaq üçün əhalinin ən azı 95%-i peyvəndli olmalıdır.
 
Lakin keçən il dünya üzrə uşaqların yalnız 84%-i birinci, 76%-i isə ikinci dozanı alıb. Bu səbəbdən 30 milyondan çox uşaq "yetersiz qorunmuş” sayılır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, peyvəndlənmə yüksək olan ölkələrdə belə, peyvəndsiz insanların toplandığı bölgələrdə epidemiya riski qalır. Qızılca uşaqlarda pnevmoniya, korluq və ensefalit kimi ağır fəsadlara yol aça bilər.

ÜST daha güclü qlobal peyvənd kampaniyaları və əlavə maliyyələşmə çağırışı edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR