Qızılcadan öldüyü deyilən azyaşlı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qızılcadan öldüyü deyilən azyaşlı ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
12:20 19.02.2024
175
05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35-də "Kəskin tənəffüs çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55-də ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.
OXŞAR XƏBƏRLƏR