Qızılcadan sonra sarılıq dalğası gəlir? - İnfeksionistdən AÇIQLAMA

Qızılcadan sonra sarılıq dalğası gəlir? - İnfeksionistdən AÇIQLAMA
SAĞLAMLIQ
21:24 25.01.2024
620
Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə hepatit A diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub.

Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib.

Bundan başqa, sosial şəbəkələrdə sarılıq xəstəliyinin geniş yayıldığı barədə audioyazılar paylaşılır. Bu yazıların bəzilərində bağça müəllimlərinə tapşırılır ki, valideynlərə övladlarına qaynadılmamış su verməmələri barədə xəbərdarlıq etsinlər.

Maraqlıdır, virus epidemiya səviyyəsinə çata bilərmi?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, hepatit A virusu orqanizmə daxil olandan sonra qaraciyərdən başqa, digər orqanlarla işi olmur:

"O, qaraciyər iltihabı törədir. Sarılıq, qızdırma, iştahanın azalması, ürəkbulanma, qusma, intoksikasiya əlamətləri özünü göstərir. Dəridə və gözlərdə saralma müşahidə olunur.

Su, qida yolu ilə daha çox yoluxur. Yəni virus mədə-bağırsaq sisteminə daxil olduqdan sonra qaraciyərə keçir və xəstəlik törədir".
M.Əliyev hepatit A virusunun COVID-19 və qızılcaya bənzəmədiyini qeyd edib:

"Hepatit A bunlar kimi hava-damcı yolu ilə keçmir. Ancaq əlləri təmiz saxlamaqda, gigiyenaya diqqət etməkdə fayda var, çünki çirkli əllər vasitəsilə də yoluxur.

Uşaqlar arasında daha çox yayılır və onlar üçün daha təhlükəlidir. Bağçada bir xəstə uşaq varsa, bir-biri ilə təmasda olan zaman yayıla bilir. Böyüklərin xəstəliyə o qədər də həssaslığı yoxdur".

İnfeksionist qeyd edib ki, kəndlərdə, qəsəbələrdə və rayonlarda kütləvi halda yoluxma baş verirsə, bu, suya virus qarışdığını göstərir:

"Deməli, içməli suya hansısa bir virus qarışıb. Yəni ola bilər ki, kanalizasiya suyu ilə içməli su qarışsın. Sarılığa COVID-19 və qızılca kimi sürətli yoluxma halının olacağını düşünmürəm. Onun epidemiya törətmək ehtimalı yoxdur. O potensialda deyil. Hepatit A virusu mövsümi xəstəlikdir. Payız və qışda daha çox olur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım