"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət

"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
MAQAZİN
16:07 16.07.2025
288
"Qızım iki ildir ki, atası ilə görüşməyə başlayıb".
 
AZXEBER.COM xəbər verir ki, bunu teleaparıcı Lətafət Ələkbərova deyib.
 
"Qonaqcanlı" verilişində qızı haqda açıqlama verən aparıcı övladının illər sonra atası ilə görüşdüyünü bildirib:
 
"Ümumiyyətlə qızım atası ilə uzun illər görüşməyib. 10 il olardı ki, bir-birilərini görmürdülər. Sonra qızımın 16 yaşı olanda atası özü yazdı, təbrik etdi. İlk addım ondan gəldi. Mən də görüşməklərinə etiraz eləmədim. Artıq iki ildir ki, mütəmadi olaraq görüşürlər".
 
Xatırladaq ki, Lətafət Ələkbərova Nicat Cəfərov adlı müğənni ilə ailəli olub.
 
Aysel

OXŞAR XƏBƏRLƏR