"Qızım nişanlanıb, toy olacaq"

"Qızım nişanlanıb, toy olacaq"
MAQAZİN
14:52 04.04.2017
1279

 

Əməkdar artist Mətanət İsgəndərli ötən gün ad günü mərasimində görüntülənib. 

Müğənni qızı Ülkərin nişanlanması ilə bağlı suallara cavab verməməyə çalışıb.
O bildirib ki, yaxın günlərdə övladına toy edəcək:

"Qızım onun şəxsi həyatından danışmağımı sevmir. Ona görə də geniş danışa bilmərəm. Nişanlanıb, toy olacaq".

M.İsgəndərlinin yenidən kökəlməsi diqqət çəkib. İfaçı pəhrizi dayandırdığı üçün itirdiyi çəkini geri aldığını söyləyib:

 

"Bir az kökəlmişəm. Yenidən pəhrizə başlayacam. Bu aralar çəkilişlərim çox olduğu üçün edə bilmirəm. Amma yaya arıqlamalıyam".

Qeyd edək ki, müğənni bir müddət əvvəl pəhrizlə 15 kiloqram çəki atmışdı.


///Axşam.az
OXŞAR XƏBƏRLƏR