"Qızımı qara paltarda gəlin köçürdüm" - Şəhidin ailəsi ürəkləri dağladı- VİDEO

"Qızımı qara paltarda gəlin köçürdüm" - Şəhidin ailəsi ürəkləri dağladı- VİDEO
SOSİAL
12:49 19.06.2017
12970
"Amilə layiqli oğul böyüdəcəm"

ARB TV-nin "Yolun sonu" verilişinin budəfəki buraxılışı şəhid Amil Əliyevin xatirəsinə həsr olunub.

Novruz Əliyev - atası: "8-ci sinifi bitirəndən sonra şəhərə çıxdı gəldi. Həm mənə kömək edirdi, həm də məktəbdə oxuyurdu. Hərbi xidmət vaxtı gəldi, getdi hərbiyə. Sərhəd zastavaslnda nümunəvi xidmət göstərdi. Onu gizir vəzifəsində oxumağa göndərdilər. Biz razı olmadıq. Sonra öz istəyi ilə ərizə yazıb 2010-cu ildə kursa getdi. Kursu bitirəndən sonra Qazax bölgəsinə xidmətə getdi. Hiss edirdik ki, hərbiyə getməmiş hərbini istəyir. 2012-ci il iyunun 1-nə toy təyin eləmişdik. Bacısının toyuna gəldi. 7 gün icazə vermişdilər buna. Yola saldıq. Dedi ki, mən qalmıram. Dedik ki, bəs icazə almısan. Səhərisi gün gəlin maşını həyətə gəlməli idi. Səhər saat 9 oalrdı ki, mən bazara getmişdim. Elə mən yarı yola çatanda mənə zəng gəldi ki, oğlun torpaq uğrunda şəhid olub. Yoldaşıma xəbər verdim ki, uşaq yaralanıb. Dedi ki, düz boynuna al, şəhid olub? Dedim hə şəhid olub. Hüzuru yola verdik, uşağı dəfn elədik, sonra qızı qara paltarla gəlin yola saldıq".

Telnaz Qəniyeva - anası: "Məktəbi oxuyub qurtardı. Arzularım çox idi onla bağlı. Özü də o qədər vətənpərvər uşaq idi ki. Əsgərliyə gülə-gülə yola saldım. Deyirdi ki, ana, sən mənim üçün çox narahatsan, amma mənə görə narahat olma. Əsgərlikdən gəldi, evləndirdim. Özü əsgər getməmiş istəmişdi. Mən də qızın anasına dedim, qaldı. Qızın anası dedi ki, səndə ürək var. Oğlun əsgərlikdədir. Dedim, Allah böyükdür. Sevinclə toy elədim. Oğlu olan günü götürüb hər bir qohuma zəng eləmişdi ki, mənim oğlum oldu. Sevinirdi, çox sevinirdi. Əvvəl gəlib mənim otağıma girirdi. Məni öpürdü. Mən də ona çox bağlı idim. Deyirdi ki, narahat olma. Təki sevin ki, mən vətən uğrunda şəhid olaram. Dedim ki, oğul təki sən vətəni qoru, ailəni mən saxlayaram. Vağzalda qucaqlayıb dedi ki, ana, ağlama, mən Ülviyyənin evdən çıxmağına dözə bilməzdim. Ona görə getdim. Ülviyyə toyu olan qızımdı. Dedi ki, səhər Ülviyyə gəlin köçür, mən dözə bilmərəm. Ad günündə gəlib bacıma dəyərəm. Məni o qədər öpdü. Sürücü dedi ki, elə eləməyin, ayrıl uşaqdan. Gecələr də elə bilirəm ki, qapı açıldı, o, gəldi. 5 ildi qapı çıqqıldayır, elə bilirəm gəlir. Allah haqqı, qızım, özüm gözümlə gördüm ki, gəlib "vayenni" paltarını asıb ipdən. Çıxıb qışqırdım ki, Amil ölməyib, gəldi. Tutdular məni. Mən hamamın içindəydim, dedi ki, mama sənsən? Dedim hə, Amil, gəldin? Çıxdım, tapa bilmədim. Vallah gözümlə gördüm. Deyirlər xəyallarla yaşayırsan. Qıza xonça üçün şirniyyat hazırlayırdıq. Yoldaşıma dedim ki, nəsə lazımdırsa, dur get al. Mən də əlimdə mətbəxdə xamır yoğrururdum. Bir də gördüm ki, içəri girdi, "klyoklar" bunun əlindən düşdü. Dedim ki, nə olub? Dedi ki, heç nə. Elə bil bir başa qışqırdım. Dedim ki, Amilə nəsə olub? Dedi ki, yox, heç nə olmayıb. Dedim ki, bəs niyə rəngin qaralıb. Dedi ki, vallah heç nə olmayıb. Dedim ki, mən axşam yuxumda görmüşəm. Yuxuda görürəm ki, evim od tutub yanır, pəncərənin 4 tərəfindən tüstü çıxır. Dedi ki, yaralanıb. Ondan sonrasını xatırlamıram. İlk dəfə onun məzarına getdim. Gördüm ki, qala bilmirəm. Gördüm deyir ki, ana mən burdayam niyə gəlmirsən?. Durdum səhər-səhər məktub yazdım, qoydum yastığın altına, getdim. Sübh vaxtı, namaz vaxtı. Yazdım ki, mən getdim Amilin yanına, axtarmayın məni. Getdim, elə qəbirin üstündə uzanmışdım. Gördüm ki, qardaşlarım, oğlum məni gəlib maşına qoyub gətirdilər.  O, olmayandan sonra həyat heç nədir".

Günel Rzayeva - həyat yoldaşı: "Kəndə qardaşımın toyuna gəlmişdi. Orada gördü. Ondan sonra istədik birbirimizi. Əsgər gedəndə dedi ki, məni gözləyərsən. Dedim ki, baş üstə. Çox gözəl insan idi. Ailəsinə qarşı, mənə qarşı. Mənə dedilər ki, əsas sənsən. Mənə dedilər, mən də dedim ki, mən gözləyərəm onu. Məni başqasına versəniz də, mən Amili gözləyərəm. Verməsəniz də, Amil gələndən sonra qoşulub ona qaçaram. Çox şən insan idi. Evə gələndə toy-bayram olurdu. O, gedəndə mən darıxırdım. Mənə demişdi ki, mən bəlkə gəlmədim əsgər qaldım. Valideynləri icazə vermədi. Sonradan getdi. Uşaq onu elə də xatırlamır. Çünki burada az olmuşdu. Uşağı aparmışdı gəzməyə, avtomat almışdı. Dedim ki, avtomatla oynaya bilir uşaq? Dedi ki, böyüyər erməniləri öldürər. Mən o avtomatı saxlayıram hələ də. Son dəfə mən ona sual verdim. Gördüm bir təhərdi. Dedim ki, mənlə, Yusifi çox istəyirsən? Dedi ki, dünyalar qədər istəyirəm. Dedim ki, onda bizə görə özündən muğayət ol. Bacısının xınayaxdısı oldu. Özü getdi çalğı gətirdi. Baldızım gəlin köçürdü, hazırlıq görürdük. Mən xəbərlərə qulaq asdım, adını eşitmədim. Eşitdim ki, Qazaxda atışma olub. Səhər zəng eləmişdim, zəng çatmadı. Ürəyimdə hiss eləmişdim ki, nəsə olub. Gəlib qonaqlara dedim ki, Amilə zəng çatmır. Sonra qayınatam gəlib dedi ki, Amil yaralanıb. Əvvəlcə inanmadım, sonra inandım ki, yaralanıb. Dedim ki, papa, mən də gəlim, Dedi aparacam, aparacam, aparmadı. Onda bildim. Əvvəl özümdə olmamışam, iynə vurublar. Sonra ayılıb yalvardım ki, mənə iynə vurmayın, onu son dəfə görüm. Dedilər ki, hə yaxşı. Bir də gördüm ki, kimsə məni oyadır ki, Amili görmək istəyirsənsə dur ayağa. Durdum gördüm ki, cənazəsin gətirdilər. Amma bizə göstərmədilər. Yuxuma da girir. Heç inanmıram. Deyirəm ki, ölə bilməz. Anam da dedi, atam da dedi, o tərəf də, bu tərəf də dedi ki, qayıt. Dedim ki, yox, insan bir dəfə ailə qurar. Özü də istədiyi ilə. O, mənim hər şeyim idi. Heç vaxt ona xəyanət edə bilməzdim. Heç də həyatımdan narazı deyiləm. Deyirəm sağdı, ölməyi ilə barışmıram. Ömrünün axırına qədər övladımı böyüdəcəm. Amilə layiqli oğul böyüdəcəm. Ömrümün axırına qədər onun adını daşımağa hazıram. Bununla da fəxr edirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb