Qızın bakteriyalar yeyən ayağını 23 santimetr uzatdılar - FOTOLAR

MARAQLI
10:00 05.03.2014
1728

Çində gənc qızın sol ayağını 23 santimetr uzadıblar.

21 yaşlı Syuy Huan hələ uşaq olarkən sümük infeksiyasından əziyyət çəkib. Onun bud sümüyünü bakteriyalar dağıdıb. Bu səbəbdən qızın sol ayağı sağ ayağından 23 santimetr qısa olub. Bu isə o deməkdir ki, qız bütün həyatı boyunca qoltuqağacından istifadə edərək yeriməli idi. “Onun durumu həddindən artıq ağır idi. Qızın ayağı qısa olmaqla yanaşı, onun diz və çanaq-omba sümükləri də yetərincə inkişaf etməmişdi. Bu baxımdan onları da dəyişmək lazım idi”, - deyə cərrah Hu Yuh bildirib. Həkimin sözlərinə görə, müalicə planı iki fazadan ibarət olub. Birinci mərhələdə sol ayağın uzadılması nəzərdə tutulub, ikinci mərhələdə aparılmış əməliyyat nəticəsində diz və çanaq-omba sümükləri dəyişdirilib. 2012-ci ilin oktyabr ayından 2013-cü ilin oktyabr ayına kimi Syuy, ümumilikdə dörd əməliyyatdan keçib. Qızın ayağını uzatmaq üçün onun sol ətrafına genişləndirici quraşdırıblar. Syuy hər gün vinti burmalı idi ki, sümükləri bir qədər uzansın. Ayaqlarını uzatmağa Syuyun düz bir ili gedib. Daha sonra qızın sümüklərinin dəyişdirilməsi gerçəkləşdirilib. Qızın müalicəsi fevralda başa çatıb. Həkimlərin sözlərinə görə, bir neçə ay bərpadan sonra o, normal yeriyə biləcək.(anspress)

OXŞAR XƏBƏRLƏR