"Neçə gündür "Səni Axtarıram”a baxmırsan. Qızın səndən küsüb."
AZXEBER.COM xəbər verir ki, bu sözləri bir neçə gün öncə anasını itirən aparıcı Xoşqədən Hidayətqızı yazıb.
Sosial media hesabında valideynlərinin fotosunu yayımlayan aparıcı, anasının yoxluğuna alışa bilmədiyini deyib:
"Çiçək qoxulu anam, neçə gündür "Səni Axtarıram”a baxmırsan. Qızın səndən küsüb. Daha verlişdən sonra məni tərif, tənqid edən anam yoxdur. O ağır xəstəlik, əzabverici ağrılar belə səni verlişə baxmaqdan uzaqlaşdırmamışdı. İndi isə təkəm. Duaların, xoş sözlərin olmadan evden çıxıram. Gözəl, abırlı, ismətli anam".
Aysel