Qızına 400 minlik toy edən məmurun başı dərddə

Qızına 400 minlik toy edən məmurun başı dərddə
SOSİAL
10:35 04.05.2017
4833

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Bakılifttəmir" İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Bakı Lift"in baş direktoru Qüdrət Şükürovun şəxsiyyəti də onun qızı Ayselə etdiyi dəbdəbəli toyun videoçarxı sosial şəbəkədə ciddi müzakirələrə səbəb olandan sonra diqqət çəkib. Yerli KİV-lərin yazdığına görə, dəbdəbəli toy Şükürova 400 min manata başa gəlib. Məlumata görə, Şükürovun qızı Ayselin birinci toyu da bahalı və dəbdəbəli olub.  Sosial şəbəkə istifadəçiləri dərhal yerində olan sualı veriblər: "Bakı Lift"in məmurunda bu qədər pullar haradandır?" İndi Şükürov DİN-in müstəntiqlərinin bu sualına cavab verməli olacaq. Şəhərdəki çoxmərtəbəli binalardakı liftlərin daim xarab olması və sıradan çıxması hüquq-mühafizə orqanlarında çoxlu suallar yaradıb. Qeyd edək ki, son vaxtlar tez-tez polisə liftlərin əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə şikayətlər daxil olur. İstintaq orqanlarının mülahizələrindən birinə görə, liftlərin xarab olmasında Bakıdakı lift strukturunda çalışan işçilərin əli var. Əlbəttə söhbət bütün əməkdaşlardan deyil, bəzilərindən gedir. 

Bu, şəxsi mənfəət güdmək məqsədilə edilir. Məlumdur ki, Şükürov Xətai metrosu yaxınlığında yerləşən "OTIS Baku Lift" sexinin sahibkarıdır. Bu sex liftlərin quraşdırılması və montajı ilə məşğul olur. Məlumata görə, "Bakı Lift"in bir sıra əməkdaşları artıq polisdə mənimsəmə faktı üzrə dindiriliblər. İstehsalat mərkəzinin rəhbərliyi zərurət olduqda cinayət işində adlarının təqsirləndirilən şəxs qismində hallanmaması üçün vəkillərlə tələm-tələsik müqavilə də bağlayıblar. Onu da qeyd edək ki, son zamanlar lift qəzaları nəticəsində adamlar ölüblər və xəsarət alıblar. Bütün bu problemlərin kökünü lift xidməti göstərən və onun təmiri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyində də axtarmaq lazımdır. Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər tərəfindən və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib. 

Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinatın da olduğu bildirilir. Yaxında Şükürovun korrupsiya və vəzifədən sui-istifadə faktları ilə bağlı hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağı bildirilir. Qeyd edək ki, Qüdrət Şükürov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ilin yanvarından "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutur.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq zədələdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq zədələdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək