Qızını zəncirləyən ata ilə bağlı tükürpədən -Faktlar

Qızını zəncirləyən ata ilə bağlı tükürpədən -Faktlar
SOSİAL
13:24 13.10.2016
10358

İmişli rayonu Cavadxanlı kəndində atanın qızını zəncirləməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi apardığı araşdırmanın nəticəsini açıqlayıb.

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.
Komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın  verdiyi məlumata görə, onlar qızın saxlandığı yerdə olublar: "Qızı yaşayış üçün uyğun olmayan yerdə saxlayıblar. Həmin yerdə yaşamaq üçün heç bir şərait yoxdur, hesab edin ki, daşın üstündə qalıb. Ailə qızın orada saxlandığını təsdiq edir. Lakin müşahidələrimiz göstərdi ki, qızın orada saxlanması ona əzab verməkdir. Qız evdən qaçırdısa, o, müalicə oluna bilərdi. Tövlə kimi yerdə xəstə insanı saxlamaq nə dərəcədə doğrudur? Ata özü üçün ayrıca ev tikib, ancaq qızlarını yaşayış üçün yararsız olan yerdə saxlayıb. Düzdür, ora tövlə deyil, amma heç bir şəraiti olmayan bir tikilidir. Ailədən qızın zəncirləndiyinin yalan məlumat olduğunu deyirlər. Ailə və qonşularla söhbət etdik. İcra hakimiyyətində Gender zorakılıq və uşaqlara qarşı zorakılıq qrupu ilə təcili iclas keçirildi. Biz də monitorinq qrupu qarşısında hadisə barədə məlumatı olduğu halda susan tərəflər barədə tədbir görülməsi üçün məsələ qaldırdıq. Hazırda cinayət işi aparılır və biz də nəticəni gözləyirik. Düşünürük ki, təqsirli hesab edilsə, məsuliyyətə cəlb edilməlidir".
Xəzər televiziyasında yayımlanan ''Bizə danış'' proqramının əməkdaşları bir qızın düz 8 ildir daxmada atası tərəfindən zəncirlənərək saxlanıldığını aşkarlayıblar.
T.İbrahimova Pərvanənin bacısının ölümü ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi: "Qonşulardan əldə etdiyimiz məlumata görə, qızların atası Valeh Məmmədovun özünün də müəyyən psixoloji problemləri olub. Digər qızın ölümünə gəldikdə, ailə bu barədə telekanalda yayılan məlumatın yalan olduğunu bildirdi. Onların sözlərinə görə, həmin qızın da psixoloji problemləri olub. Ölüm səbəbi həmin şəraitdə saxlanması deyil. Atası bildirdi ki, qızların hər ikisinin anadangəlmə psixoloji problemləri var. Pərvanə və bacısı illər əvvəl Bakıda Mərdəkanda ruhi dispanserdə müalicə alıblar. Hər ikisinin psixoloji problemlərinə görə təhsil almayıblar. Ümumiyyətlə, onlar cəmiyyətə buraxılmayıb, qapalı saxlanılıblar. Şəkillərdə də görünür ki, qız inkişafdan geri qalıb. Pərvanənin 27 yaşı var".
8 ildir atası tərəfindən əqli qüsurlu olduğuna görə İmişli rayonunda daxmada zəncirlənərək saxlanılan Pərvanə paytaxta gətirilir.
Komitə rəsmisinin sözlərinə görə, bu faktın üstündə dayanmaqla məsələyə düzgün qiymət verilməlidir: "Bu məişət zorakılığı halıdır. 2010-cu ildə bu barədə qanun qəbul olunub və bu halla qarşılaşanlar yerli icra hakimiyyəti, polisə müraciət etməlidir".

 

///publika.az

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq