Türkiyənin İstanbul bölgəsinin Esenyurt şəhərində ata qızını günlərlə məktəbə gedərkən izlədiyini iddia etdiyi şəxsi yaxalayaraq döyüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəli şəxs nəzarətə alınarkən qızı itlərdən qorumaq üçün arxasınca getdiyini deyib.
Hadisə dünən səhər saatlarında Esenyurt Pınar Məhəlləsində baş verib.
İddialara görə, A.A. adlı şəxs 5-ci sinifdə oxuyan qızı 5 gün səhərlər məktəbə gedərkən izləməyə başlayıb.
Vəziyyəti anlayan kiçik qız atasına hadisəni deyib və onunla birlikdə məktəbə gedib. Qızı ilə məktəbə doğru gedən ata tezliklə həmin şəxsin onları izlədiyini anlayıb. Şəxsin yanına gedərək bir müddət onu döyməyə başlayıb, sonra polisə məlumat verib.
Küçədəki digər vətəndaşların da köməyi ilə şübhəli nəzarətə alınıb. Hadisə yerinə gələn polis qüvvələri şübhəli şəxsi saxlayaraq polis bölməsinə apararkən qızın ailəsi həmin şəxsi şikayət edib.
Mövzu ilə bağlı A.A. ifadəsində qızı sahibsiz itlərdən qorumaq istədiyi üçün işə eyni vaxtda getdiyini və onu müşayiət etdiyini bildirib.
Oksana