Qızının sevgilisi sandığı şəxsi öldürdü: kim olduğunu görəndə dəhşət yaşadı

Qızının sevgilisi sandığı şəxsi öldürdü: kim olduğunu görəndə dəhşət yaşadı
DÜNYA
16:30 18.12.2017
4803
Türkiyədə, Manisa şəhərinin Əhmədli qəsəbəsində qızının sevgilisinin həyətin qapısını açmağa çalışdığını sanıb, tapançayla qapıya atəş açan şəxs səhvən həyat yoldaşını vurub.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, 46 yaşlı İ.K. yanlışlıqla 43 yaşlı Azize K.-ni öldürüb.

Olay səhər saat 06:30 radələrində qeydə alınıb.

Bu məqamda qızının qışqırığından sonra dəmir qapını aralayan İ.K. arvadı Azize K.-ni qan içində, yerdə uzanan görüb.

Ağır yaralı Azize K. təcili yardımla xəstəxanaya çatdırılıb.

Azize K.-nin həyatını xilas etmək mümkün olmayıb.

İ.K. həbs solunub.

Mərhumun hadisənin baş verdiyi axşam qaynanasıgildə qaldığı və səhər saatlarında evinə gəldiyi zaman vurulduğu məlum olub.

OXŞAR XƏBƏRLƏR