Sosial şəbəkələrdə yayılan bir videogörüntü izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
AZXEBER.COM xəbər verir ki, videodan göründüyü kimi türkiyəli bir gənc hovuzun kənarında istirahət edən ingilis xanımla tanış olmağa çalışır.Lakin həmin gəncin ingilis dilində yaxşı danışa bilməməsi onu gülünc vəziyyətə qoyur. Bundan ən çox əylənən isə oğlanın tanış olmaq istədiyi qız olur.Gənc oğlan xanıma nə deyirsə xanım gülməyə başlayır. Gənc xanımın gözlərindən o qədər danışır ki, söhbət axırda dondurmaya qədər gəlib çıxır.Belə ki, o xanımdan dondurma istədiyini soruşduqda, xanım cavabında istədiyini deyir. Oğlan “Fateh, dondurma gətir, dondurma” deyə qışqırmağa başlayır.İngilis qızın “Fateh kimdir?” sualına isə oğlan cavabında: “Fateh dondurmadan adamdır” deyir.