Gürcüstanda "Müstəqil feminist qızlar" qrupu iyulun 30-da Tbilisidə milli ekspertiza bürosunun binasının qarşısında qızların bakirəlik testinə etiraz aksiyası keçirməyi planlaşdırır.ANS PRESS gürcü mətbuatına istinadən bildirir ki, "Bakirəlik institutunu bağladaq" şüarı altında keçiriləcək aksiya yerli vaxtla saat 19-a planlaşdırılıb.Təşkilatın "Facebook" səhifəsində bildirilir ki, 400 adam sözügedən aksiyada iştirak etmək barədə niyyət bildirib.Sözügedən büro qadınların bakirəliyinin müəyyən edilməsi ilə məşğuldur. Hər il yaşı 35-40 arasında dəyişən 200-ə qədər qadın bu quruma müraciət edərək bakirəlik sənədi alırlar. Bu cür ekspertizanın qiyməti 175 laridir (107 dollar). Qərar dörd-beş günə verilir.