Qızlar Universitetinin tələbələri hara köçürüləcək? – Ekspertdən AÇIQLAMA

Qızlar Universitetinin tələbələri hara köçürüləcək? – Ekspertdən AÇIQLAMA
MANŞET
12:27 31.07.2026
177
Xəbər verdiyimiz kimi, uzun illər Azərbaycanda fəaliyyət göstərən Bakı Qızlar Universitetinin fəaliyyəti rəsmi olaraq dayandırılıb. Ali təhsil müəssisəsi akkreditasiya prosesindən keçə bilmədiyi üçün onun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib.

Bu qərar universitetdə təhsil alan minlərlə tələbənin gələcək taleyi ilə bağlı suallar yaradıb. Tələbələr təhsillərini hansı ali təhsil müəssisələrində davam etdirəcəklər, köçürülmə prosesi necə aparılacaq və ödənişli əsaslarla təhsil alanların təhsil haqları necə tənzimlənəcək? 

Təhsil eksperti Elçin Əfəndiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, orada təhsil alan tələbələr həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə yerləşdiriləcəklər:

"Bakı Qızlar Universitetinin bağlanması doğru qərardır. Çünki indiyədək universitetlə bağlı bir sıra neqativ hallar yaşanmışdı və faktiki olaraq akkreditasiyadan keçə bilmədi. Orada təhsil alan tələbələr həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə yerləşdiriləcəklər. Çünki qəbul dövlət tərəfindən aparılıb”. 

O qeyd edib ki, tələbələrin ödədiyi əvvəlki təhsil haqqı qüvvədə qalacaq: 

"Faktiki olaraq, tələbələrin ödədiyi əvvəlki təhsil haqqı qüvvədə qalacaq. Məsələn, Bakı Qızlar Universitetində tələbə 2500 manat təhsil haqqı ödəyirdisə, köçürüldüyü ali təhsil müəssisəsində həmin ixtisas üzrə təhsil haqqı 3500 manat olsa belə, o, yenə də 2500 manat ödəyəcək”. 

"Bütün bu məsələlər Elm və Təhsil Nazirliyi tərəfindən qəbul ediləcək qərarla tənzimlənəcək. Həmin qərara əsasən, tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi 2026–2027-ci tədris ilinin başlanmasına qədər başa çatdırılacaq”,- deyə təhsil eksperti vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR