"Qızları gözü açılmadan ərə vermək lazmdır" - Təranə Qumral

"Qızları gözü açılmadan ərə vermək lazmdır" - Təranə Qumral
MAQAZİN
18:13 04.03.2025
273
"Qızım Qumrala 5 yaşında sual verdilər ki, məktəbə gedirsən? Cavab verdi ki, ya məktəbə, ya ərə gedəcəyəm. Sevgimi də başa salıram ki, qadın üçün önəmli ailədir. İş, oxumaq ailədən sonradır".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri müğənni Təranə Qumral "Tarixin bir günü" verilişində səsləndirib.
O, bu zamanda qızların tez ailə qurmasını doğru hesab etdiyini deyib:
"Qız uşqlarını başa salıram ki, tez ailə qurmalısınız. Dünyanı görmək lazım deyil. İcazə vermirəm gözləri açılsın. Qumralı 17 yaşında ərə vermişəm. Qızı tez ərə verməlisən, ağlı kəsmədən. Qız öz ayaq üstündə duranda deyəcək ərə getmirəm. Qumral ailə qurdu, həyat yoldaşı universitetə aparıb gətirirdi. Sevgimi də başa salıram ki, qadın üçün önəmli ailədir, iş, oxumaq ailədən sonradır".
 Aysel
OXŞAR XƏBƏRLƏR