Qızların ad günü təbriki partlayışa səbəb oldu - VİDEO
DÜNYA
14:23 16.03.2015
1851
Yapon gənclərin ad günü təbriki partlayışa səbəb olub.Gənc qızlar dostlarına ad günü tortu və şar hədiyyə ediblər. Oğlandan tortun üzərindəki şamları söndürməyini istəyən qızlar həmin anı kameraya çəkiblər.Gənc oğlana sürpriz hazırlayan qızlar ad günü mahnısını oxumağa başlayıblar. Hər şeydən xəbərsiz olan oğlan isə tortun üzərindəki şamı söndürməyə çalışıb. Bu zaman qızlar oğlanın başına yumurta vurublar.Qızların bu zarafatını gözləməyən gənc qəfil qorxuya düşüb. Bu zaman oğlanın əlindəki helium qazı ilə dolu şarlar partlayıb. Bir anda hər tərəfi alov bürüyüb.Xoşbəxtçilikdən alovun qarşısını almaq mümkün olub. Gənclərin faciəyə səbəb ola biləcək bu zarafatı zamanı heç kim xəsarət almayıb.//anspress