Qlobal Forumun Bakı Bəyannaməsi qəbul edildi

Qlobal Forumun Bakı Bəyannaməsi qəbul edildi
SİYASƏT
16:45 26.04.2016
1019
“Bəyannamə hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.
Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.
Bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib.
Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin də əksini tapdığını bildirib:
“Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.
///APA
OXŞAR XƏBƏRLƏR