Alimlər müəyyən ediblər ki, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə sürəti hər 10 ildən bir 0,26 dərəcə artaraq bütün zamanların ən yüksək həddinə çatıb.
AZXEBER.COM xəbər verir ki, insan fəaliyyətinin yaratdığı qlobal istiləşmə bütün zamanların ən yüksək həddinə çatıb.
Lids Universiteti tərəfindən bu il ikinci dəfə hazırlanmış və 50-dən çox beynəlxalq alimin töhfə verdiyi Qlobal İqlim Dəyişikliyi Göstəriciləri hesabatı Earth System Science Data (ESSD) jurnalında dərc olunub.
Hesabata görə, qlobal temperatur artımı sənayedən əvvəlki dövrlə müqayisədə 2013-2022-ci illərdə 1,14 dərəcəyə çatdıqdan sonra 2014-2023-cü illərdə 1,19 dərəcəyə yüksəlib.
Alimlər müəyyən ediblər ki, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə sürəti ən yüksək həddə çatıb, hər 10 ildən bir 0,26 dərəcə artım tempinə çatır və görünməmiş sürətlə artmaqdadır.
Ayşən