“Qlobal Sağlamlıq Günü”ndə Bakıda maraqlı çempionat keçirilib - FOTOLAR

“Qlobal Sağlamlıq Günü”ndə Bakıda maraqlı çempionat keçirilib - FOTOLAR
SAĞLAMLIQ
12:00 06.06.2022
663
Qlobal Sağlamlıq Günü (Global Wellnes Day) çərçivəsində Azərbaycanda bu sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə masaj üzrə Azərbaycan çempionatı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Aesthetic & Wellness World Academy (AWWA) tərəfindən təşkil olunan tədbirdə ilkin seçimdən keçmiş yüzdən çox masaj ustası öz məharətlərini nümayiş etdirib. 

Çempionat 3 istiqamət üzrə keçirilib️: Klassik Masaj; Terapevtik Masaj və Manual Terapiya; Üz masajı. Ayrılan vaxtda qüsursuz texnika nümayiş etdirməli olan masajçılar, osteopatlar, kosmetoloqlar, SPA-terapevtlər, manual terapevtlər, refleksoloqlar, fizioterapevtlər öz məharətlərini göstəriblər. Yarışın bütün aspektləri çempionatın qalibləri ilə bağlı qərar verən beynəlxalq hakimlər briqadası tərəfindən qeydə alınıb. Çempionatda mükafat qazanan iştirakçılar xüsusi kubok və sertifikatlarla mükafatlandırılıblar.

Onu da əlavə edək ki, Azərbaycan, Beynəlxalq Masaj Federasiyasında təmsil olunur və Milli Çempionatın qalibləri ölkəmizi beynəlxalq yarışlarda da təmsil etmək hüququ qazanıblar.Masaj üzrə Azərbaycan çempionatının hakimlər heyətinə Andrey Sırçenko, İveta Opmane, Svetlana Şabalina, Aleksandr Şeparev və Leyla Səlimova daxildir.Bu mütəxəssislər kadrların peşəkarlığının artırılmasına və SPA sənayesinin inkişafına böyük töhfələr vermiş şəxslərdir.
Qeyd edək ki, bu, Aesthetic & Wellness World Academy-nin təşkilatçılığı ilə keçirilən ikinci masaj üzrə Azərbaycan çempionatıdır.
 
Keçən ilki analoji tədbir AWWA-nın gərgin əməyinin bir hissəsi kimi ölkəmizdə "KOSMETOLOQ”, "KOSMEÇEVT”, "MASAJÇI” kimi peşələr üçün standartların hazırlanmasına töhvə vermişdir."Peşə təhsili ixtisaslarının Təsnifatında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən, respublikamızda yuxarıda göstərilən peşələr rəsmi olaraq təsdiq edilib. AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Əməkdaşlıq Memorandumları imzalayıb ki, bu memorandumlar çərçivəsində dövlət qurumları AWWA təhsil və sosial proqramları məzunlarının işlə təmin olunmasına dəstək verirlər.
 
Gözəllik və SPA sənayesində peşəkarlar üçün peşə təhsili və təlimini təmin edən akkreditə olunmuş Akademiya olaraq, AWWA ixtisaslaşdırılmış kurslar çərçivəsində SPA sahəsində onlarla mütəxəssis hazırlamışdır. Bu il kursların ilk buraxılışı olub və məzunlar Azərbaycanda tanınan Diplomlar və sertifikatlar alıblar.AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən Peşələr Festivalının da iştirakçısı olub. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən bu layihə SPA sənayesində peşəkar təhsil almağın üstünlüklərini nümayiş etdirməyə imkan yaradıb.
 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO