Şuşada namazda Ocaqnejatın Allahşükür Paşazadədən öndə durmasına münasibət

Şuşada namazda Ocaqnejatın Allahşükür Paşazadədən öndə durmasına münasibət
SOSİAL
13:55 12.07.2021
682
Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri zamanı İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın məsciddə mehrabın önündə dayanaraq namaz qılması sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejatın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına etiraz ediblər.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli "Report”a açıqlamasında deyib ki, orada bütün vacib namazlar şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb:

"Şuşa səfərində Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri, Türkiyənin və İranın Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri iştirak edirdilər. Əvvəla, onu qeyd edim ki, orada bir sıra dini ayinlər icra edildi. Xristianların da kilsədə dini ayinləri icra olunan zaman müsəlman din xadimləri orada iştirak edirdilər. Bundan əlavə, məsciddə vacib namazların hamısı şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Həmin fotoda olan namaz isə müstəhəb namazdır və camaat namazı şəklində qılınmayıb, hər kəs fərdi olaraq namazlarını qılıblar".

QMİ sədrinin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, orada Türkiyə səfirliyinin dini işlər üzrə nümayəndəsi də dualar oxuyub və çıxış edib.

Onun sözlərinə görə, hədiyyə namazları qılınan zaman İran nümayəndəsi də namaz qılıb:

"Burada siyasi məqsədlər axtarmaq kökündən yanlışdır. Orada fərdi qaydada ibadətlər həyata keçirilib. Şəkildən də görünür ki, orada hər kəs məscidin fərqli yerlərində durub ibadət edirlər. İranın nümayəndəsi höccətülislam Ocaqnejat da orada namaz qılıb və dua edib. Mərasim bitəndən sonra Türkiyə səfirliyinin nümayəndəsi dualar etdi və din xadimləri buna amin dedilər. Yəni burada başqa heç bir məqsəd olmayıb, kiminsə öndə və ya kiminsə arxada olması məsələsi deyil".

Din xadimi həmçinin Şuşa səfərinin təəssüratlarından da danışıb. O bildirib ki, Şuşa Azərbaycanın sözün həqiqi mənasında mədəniyyət paytaxtıdır:

"Şuşanın qəribə bir izaholunmaz atmosferi var. Növbəti dəfə o fəzada olmağımız bizə çox böyük məmnunluq hissi yaşatdı. Burada müxtəlif dini konfessiyaların nümayəndələri ilə birlikdə müxtəlif məkanları ziyarət etdik. Həm kilsə ziyarət olundu, həm Yuxarı Gövhərağa məscidində yenidən namaz qılındı. Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycanda dinlərarası, məzhəblərarası barış və anlaşma mühiti var. Azərbaycandakı bu mühitin dünyaya məhz Şuşadan nümayiş olunması olduqca əhəmiyyətlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
18:21 12.07.2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO