QMİ din xadimlərinə xəbərdarlıq etdi

QMİ din xadimlərinə xəbərdarlıq etdi
SOSİAL
16:45 19.06.2020
634
Son zamanlarda dünyada koronavirus pandemiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirləri həyata keçirilir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verib.

QMİ-dən AZXEBER.COM-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir: "Qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə ehsan verilməsi və yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb. Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa QMİ tərəfindən müvafiq ölçü götürüləcək".

"QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaq. Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanları üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fəddakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədirlər və bundan şərəf duyurlar", - məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”