QMİ fətva verdi - Məhərrəm ayı başlayır

QMİ fətva verdi - Məhərrəm ayı başlayır
SOSİAL
10:56 23.06.2025
828
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.

AZXEBER.COM xəbər verir ki, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

Qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir.

Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qanvermə aksiyası keçiriləcək. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.

Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR "Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir.

Xüsusilə qeyd edilib ki, ölkənin suverenliyi, dövlətçiliyin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq