Ramazan ayı ilə bağlı fətva veriləcək

Ramazan ayı ilə bağlı fətva veriləcək
SOSİAL
14:36 29.03.2021
313
Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə QMİ-nin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək:

"Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir".
OXŞAR XƏBƏRLƏR