Qobuda itlərin dişlədiyi uşaq reanimasiyadan palataya köçürülüb

Qobuda itlərin dişlədiyi uşaq reanimasiyadan palataya köçürülüb
SOSİAL
11:58 11.03.2024
158
Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.
OXŞAR XƏBƏRLƏR