Qobustanda avtomobil piyadanı vuraraq öldürüb

Qobustanda avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
18:30 03.09.2022
218
Qobustanda ölümlə nəticələnən yol qəzası olub.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Salyan yolu küçəsində qeydə alınıb.

Vasif Əsgərov idarə etdiyi "VAZ 2107” markalı avtomobillə yolu keçən 1950-ci il təvəllüdlü Rüstəm Cəfərovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR