Qobustanda karantində olan xarici vətəndaşlar: “Təşəkkürlər, Azərbaycan”

Qobustanda karantində olan xarici vətəndaşlar: “Təşəkkürlər, Azərbaycan”
SOSİAL
21:12 17.03.2020
5009
Dünyada pandemiya elan edilmiş #Covid19 (Koronavirus) ilə bağlı ölkəmizdə bir çox tədbirlər həyata keçirilir. Bunlardan biri də xaricdən ölkəmizə geri qayıdan həmvətənlilərimiz və xarici vətəndaşların karantin xəstəxanasına yerləşdirilərək, müşahidə altına alınmasıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən idarə olunan bu tipli xüsusi rejimli xəstəxanalardan biri də Qobustanda yerləşir. 

Bəs görəsən Qobustan xəstəxanasında vəziyyət necədir? 

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən  Abşeron-Qobustan dairəsindən seçilən deputat Şahin Seyidzadə deyib ki, vəziyyətlə hər gün maraqlanır: Qobustan xəstəxanası təmsil etdiyim dairə olan Qobustan rayonu ərazisində yerləşən xüsusi rejimli karantin xəstəxanasıdır.
 
Bununla bağlı mənə son günlər ərzində sözügedən xəstəxanada işləyən və ərazidə yaşayan sakinlər tərəfindən çoxsaylı müraciətlər və suallar gəlir. Nəzarətə götürülən bütün müraciətlərlə bağlı, qısa müddətdə Qobustanda yerləşən xəstəxananın baş həkimi ilə əlaqə saxlanıldı. Xəstəxanadan verilən məlumata əsasən hazırda vəziyyət nəzarətdədir.
Baş həkim, Emin Huseyn başda olmaqla xəstəxanın bütün heyətinə təşəkkürümü bildirirəm və hər kəsi Azərbaycan Respublikası Nazirlər Kabineti (www.cabmin.gov.az) yanında Operativ Qərargahın verdiyi məlumatları əsas mənbə kimi qəbul edərək Qərargahın bildirdiyi qaydalara əməl etməyə səsləyirəm. 


Millət vəkili həmçinin Qobustan xəstəxanasında olan və sonradan evə buraxılan xarici vətəndaşların fikirlərinin də müsbət olduğunu deyib. 

Karantindən buraxılan insanların fikirlərini təqdim edirik:
 

 

 

 


OXŞAR XƏBƏRLƏR