Qobustanda pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb

Qobustanda pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb
HADİSƏ
19:58 24.08.2025
218
Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.

Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR