“Qoca kloun” Trabzona gedir... - FOTOLAR

“Qoca kloun” Trabzona gedir... -  FOTOLAR
MƏDƏNİYYƏT
15:14 19.04.2016
2393

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında iştirak etmək üçün dəvət alıb. 2-15 may tarixlərində Türkiyənin Trabzon şəhərində keçiriləcək XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün kollektiv səfərə hazırlaşır. Teatr festivalda ölkəmizi məşhur Rumın dramaturqu Matey Vişnekin “Qoca kloun” tamaşası ilə təmsil edəcək.

Fetivalda iştirak etmək üçün yaradıcı kollektiv teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə aprel ayının 27-də Türkiyənin Trabzon şəhərinə yola düşəcək. 2 may tarixində festivalın təntənəli açılış mərasimi, 3 may tarixində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində “Qoca kloun” tamaşası Beynəlxalq Münsiflər heyətinə təqdim olunacaq.

Quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov olan tamaşada rejissorla yanaşı gənc və istedadlı aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov və Müşfiq Əliyev eyni səhnəni paylaşırlar. İkihissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatını, onların faciəli talelərini əks etdirir.

Məlumat üçün bildirək ki, hər il ənənəvi keçirilən festivalda Türkiyənin məşhur teatr kollektivləri ilə yanaşı, dünyanın bir çox ölkələrinin ən nüfuzlu teatrları iştirak edirlər.

Səfər müddətində teatrın rəhbəri Mübariz Həmidovun bir neçə xarici ölkə teatr rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi