"Qoca” ləqəbli avtoriteti kim zərərsizləşdirdi? - GÜNDƏM YARADAN ƏMƏLİYYATIN TƏFSİLATI

"Qoca” ləqəbli avtoriteti kim zərərsizləşdirdi? - GÜNDƏM YARADAN ƏMƏLİYYATIN TƏFSİLATI
TOP4
17:26 02.11.2017
7590

Xəbər verdiyimiz kimi ötən gün Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın təfərrüatları barədə məlumat yayılıb.

Məlumata görə, 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilmiş və onarın saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürmüş və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sözügedən cinayətkar dəstənin zərərsizləşdirilməsi istiqamətində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığıa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") tərkibində yaradılan xüsusi əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. Belə ki, öncədən əldə edilən məlumat əsasında Etibar Məmmədov və İlqar Əzimovun yerləri dəqiqləşdirilib. Ərazidəki vətəndaşların təhlükəsizliyi təmin edildikdən sonra əməliyyata başlanılıb.

MCQMİ-nin əməkdaşları cinayətkarları qanunun tələblərinə uyğun rəftar etməyə çağırsalar da, qaçaq məhbuslar silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu isə çox keçmədən onları xidməti silahları ilə zərərsizləşdirə biliblər. Nəticədə adı çəkilən şəxslər yaralı qismində xəstəxanaya qaldırılıb. Bir neçə saat sonra isə Etibar Məmmədov xəstəxanada keçinib. 

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xəsarət almayan Şahmar Bəyəlizadə isə saxlanılaraq tutulub.

Əməliyyat qrupu cinayətkar qruplaşmanın avtomoillərinə ilkin baxış zamanı ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir 2 ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş əzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürüb.

Qeyd edək ki, ölkə gündəminin əsas xəbərlərindən birinə çevrilən kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçması nəticəsində bir çox rəsmi şəxs öz tutduğu vəzifədən azad edilmiş, aralarında Fədayə Laçın adlı müğənni olmaqla bir neçə şəxs də həbs edilmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO