"Qol epizodlarından yararlana bilmədik" - Qurban Qurbanov

"Qol epizodlarından yararlana bilmədik" - Qurban Qurbanov
İDMAN
00:01 26.10.2018
8700
"Biz də sizin kimi üzülürük. Qalib gəlməyi çox istəyirdik. Lakin bizim üçün o qədər də asan olmadı. Xeyli qol epizodumuz oldu. Ancaq rəqibin qapımıza gedən bir zərbəsi qol oldu.

Futbolçularımız belə oyunlarda meydanda düşünməli və hücumları düzgün qurmalıdırlar. Oyunun gedişində bəzi düşündüyümüz hücumlar alındı. Sadəcə, qol epizodlarından yararlana bilmədik. Rəqib isə bir zərbədən yararlandı. Lakin futbolçularımızın üzərinə gediləsi deyil. Çox sıx qrafiklə gedirik. Bu oyunu unutmalı və qarşıdakı oyunlara hazırlaşmalıyıq".

AZXEBER.COM "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Razısınızmı ki, "qara zolağ"a düşmüsünüz?

- "Qara zolağ"a düşüb-düşmədiyimiz barədə fərqli fikirlər söyləmək olar. Futbolçularda yorğunluq var. Amma oyunçularımızda ustalıq səviyyəsi çatmır. Dünən "Atletiko"nun 0:4 uduzduğu oyunda hesab oyuna görə deyildi. Daha da istəkli olmalıyıq və hər bir oyunçu öz üzərində çox çalışmalıdır. Hətta böyük klublar yaxşı oynasalar da nəticələri olmur. Böyük klublar "qara zolaq" deyilən hallara hazır olurlar. Biz də hazır olmalıyıq.

- Buraxılan qolda qapıçının, yoxsa müdafiənin səhvi çox idi?

- Belə görünürdü ki, qapıçının. Çünki 30 metrədək məsafə var idi. Belə topları qapıçı tutmalıdır. Belə oyunlarda nə qədər diqqətli olsan da, rəqib bir neçə qol epizodu yarada bilir. Bu zaman qapıçı müdafiəçilərdən daha çox diqqətli olmalıdır.

- Razısınızmı ki, "Qarabağ" son illərin ən zəif mövsümünü keçirir?

- Futbolçularımı nə qədər müdafiə etsəm də, nəticəyə görə xoş sözlər deyə bilmərəm. Xüsusən, milli komandanın futbolçuları çox yorulurlar. Bir turnirdən digərinə keçmək asan deyil. Qara Qarayev və Maksim Medvedev hazırda ən çox oyun keçirən futbolçulardır. Bu, onların fiziki və psixoloji baxımdan formada olduqlarını göstərir. Daha çox müdafiədə oynayanların səhvləri nəzərə çarpır. Amma hər bir komandada belə hallar olur. Özümüz də çox işləyirik. Məşqimiz olmadığı halda belə, nəzəriyyələrimiz olur. Bu gün uduza bilərik, amma futbol elə bir peşədir ki, sınmamalı, həvəsdən düşməməliyik. Yenə futbolçularımızın yanındayıq. Onlarla birgə bu yerlərə çatmışıq. Yeni transferlərin oyunu bəzən alınır, bəzən yox. Yaratmaq daha çətindir, nəinki müdafiədə oynamaq. Daha yaxşı kollektiv görməyə çalışmalıyıq.

- Məlum hadisə səbəbindən Hannes Halldorssonu qışadək "Qarabağ"ın qapısında görə bilərik?

- Qapıçı ən ağır mövqedir. Onu dəyişmək əlavə itki deməkdir. Bu günədək hər bir qapıçıya şans vermişik. Sabah Şahrudin Məhəmmədəliyevi də görə bilərsiniz. Amma bu gün belə qərar vermişdik.

- Qoldan sonra İnnosent Emeqaranın yerinə Mahir Mədətov daxil oldu. Bugünkü əvəzetmələr sizi razı saldı?

- Hücumlarımız Donald Gerrye və Emeqara üzərində qurulurdu. Rəqibin oyun üslubuna görə belə taktika seçmişdik. Onlar bu sınaqdan pis çıxmadılar. Necə qollarımızı qaçırdığımız hamımıza yaxşı mənada təsir edir. 3-5 metrdən qollar vura bilmədik. Hər bir futbolçumuza güvənirik. Hər biri özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Razı qaldım.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik