Qolf sahəsində beynəlxalq səviyyəli tədbir baş tutdu - FOTOLAR

Qolf sahəsində beynəlxalq səviyyəli tədbir baş tutdu - FOTOLAR
SOSİAL
12:02 24.05.2018
5001

2018-ci ilin may ayında Azərbaycanda qolf sahəsində beynəlxalq səviyyəli hadisə baş tutdu

 

Azərbaycanda ilk dəfə olaraq Mercedes-Benz-in rəsmi distribütoru "Autocapital-Azerbajan” və Mercedes Benz-in rəsmi dileri "Abşeron Avtomobil Mərkəzi”un dəstəyi ilə ölkədə nüfuzlu MercedesTrophy turniri keçirildi. MercedesTrophy – 1989-cu ildən Daimler AG tərəfindən keçirilən amator qolf turnirləri seriyasındandır. MercedesTrophynin finalı hər il Ştutqartda keçirilir, burada 25-35 ölkədən oyunçular iştirak edir. Müxtəlif səviyyəli MercedesTrophy turnirlərinin bütün dünya üzrə iştirakçılarının ümumi sayı 60 000 nəfərə qədər təşkil edir. MercedesTrophy nəinki idman yarışı, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır.


Tədbir zamanı qonaqlar və iştirakçılar nəinki qolf oynamaqdan zövq almış, "Qolf məktəbi”ndə təlim almış, tanışların və dostların ətrafında dincəlmişlər, onlar həm də Mercedes Benz-in ən aktual modellərinin: rahat V-Class, çox gözəl GLC və GLC Coupe və əlbəttə ki, mötəbər sinifdən olan dəbdəbəli yolsuzluq avtomobili – GLS-in testindən keçmişlər.


Məşhur alman avtomobil istehsalçısının məhz bu modelləri qolf-akademiyada rahat transfer üçün bütün iştirakçıları ən yüksək standartlarla seçilən və həm təzə başlayan qolfçular, həm də peşəkarlar üçün maraq doğuran premium sinifli ilk qolf-klub olan Dreamland Golf Clubun qolf meydançasında oyunqabağı məşqlər və turnirin qaydalarının elan edilməsi üçün qarşıladı. Oyun üçün meydança 5 min kvadrat metr təşkil edirdi. Layihənin əsası kimi Amerikanın və Qərb analoqlarının ən yaxşı nümunələri götürülmüş və dünya səviyyəli yarışların keçirilməsi üçün nəzərdə tutulmuşdu.


Qolf – Azərbaycanda nisbətən yeni idman növüdür. Əlverişli iqlim Azərbaycanda oyunun üstünlüklərini xüsusi vurğulayır. Qolf mövsümü burada mart ayında başlayır və yalnız dekabrda bitir. Qolf ölkəmizdə tədricən öz pərəstişkarlarını toplayır. Ona görə də təsadüfi deyildir ki, MercedesTrophy Azerbaijan iştirakçıları arasında xarici amatorlar da az deyildi. Lakin qeyd etmək lazımdır ki, yerli qolfçular onlara nə istəkli oyuğa düşmək bacarıqlarına görə, nə məqsədlərinə çatmaq üçün yoxlanmış azartlarına görə onlardan heç də geridə qalmırdılar ki, bu da zərif və üslublu oyunun şahidləri olmuş qonaqlar arasında böyük marağa səbəb oldu. Bütün bunlar idmanın bu növünü elitar oyunlara bərabər edirdi. Və nə qədər ki, "qarmaq ustaları” qolf mçeydançasında gözəl nəticələr göstərirdi, Mercedes Benz şirkətinin bütün qonaqları üçün Dreamland Golf Clubun baş qolf peşəkarı – Alex Day ustad dərsləri təşkil edirdi. Mercedes-Benz avtomobillərinin sahibləri, həmçinin dəvət olunan digər qonaqlar müxtəlif kateqoriyalarda mübarizə aparırdılar: Group A (0 – 18,4), Group B (18,5 – 36,0) və Group C (0 – 36.0). Qolf təkcə idman oyunu deyil, həm də müəyyən ünsiyyət ab-havasıdır.


Qolf ilə tanışlıqdan sonra bütün qonaqları Mercedes-Benz lounge yay terrası gözləyirdi. Burada onlar və oyunçular nəinki yaşıl meydançada gördükləri barədə təəssüratlarını bölüşür, həm də üç şüalı ulduz nişanı altında bu avtomobillər haqqında fikirlərini bildirir, gözəl qız adını daşıyan bu avtomobil markasına məhəbbət və bağlılıqdan danışırdılar.


Gecənin kulminasiya nöqtəsi nəticələrin elan edilməsi oldu. Mükafatların təqdimatı mərasimi Azərbaycanda Mercedes-Benz-in Baş direktoru Orxan Hacıyevin və Baş direktorun müavini Eldəniz Məmmədovun təbrik sözləri ilə başladı. Onlar Mercedes-Benz markasına sevgi və turnirə göstərdikləri marağa görə bütün yarış iştirakçılarına minnətdarlıqlarını bildirdilər. Sonra müxtəlif kateqoriyalarda qaliblərin adları səsləndirildi. Qolf meydançasında ən dəqiq zərbələri ilə Xəlil Hüseynov və Rod O Donohyu fərqləndilər, ən uzaq zərbələr isə Li Hennderson və Şon Hassisson tərəfindən vurulmuşdu. B Group C-də üçüncü yeri Alan Fergison 40 steyblford xalla qazandı, 41 steybford xalı ilə gümüş Con Vayzmenə çatdı, qızıl isə fantastik steybford xalı ilə İxtiyar Axundova çatdı.

Group B qalibləri aşağıdakı kimi bölüşdürdü: üçüncü yerdə 32 xalla – Leon Paterson qərarlaşdı, gümüş üçün 39 xal Elman Rzayevə verildi, birinci yer isə Yekaterinburqdan gəlmiş və 43 xal toplamış qolfçu Sergey Koçevə çatdı.


Group A-da gedən mübarizə çox ciddi idi və qalibləri son oyuqlarla müəyyənləşdirirdilər. Burada üçüncü yeri Ankor Laladji tutdu, ikinci yer ikinci doqquzluqda ən yaxşı nəticə göstərmiş Refik Sabanoviçə verildi və qalib 37 steybford xalı ilə Xəlil Hüseynov oldu. O, həm də İtaliyaya – Sardiniyada yerləşən Forte Village eksklüziv kurortuna səfər qazandı. Gecənin finalı Mercedes-Benzdən «Drive to the Major” prizinin xüsusi oyunu oldu. Bura iyulun 17-dən 23-nə qədər keçiriləcək The Openə səfər də daxildir (Şotlandiyada ən nüfuzlu qolf turniri). Hər bir iştirakçı zərbə vura bildi və qolf meydançasında xüsusi xəttə ən düzgün zərbəni vuran Cənubi Koreyadan gəlmiş cənab No oldu və o, səfəri udaraq turnirin təşkilindən və hədiyyələrdən heyranlığını bildirdi.

Mercedes Benz şirkəti MercedesTrophy turnirinin bütün iştirakçılarına, sponsorlarına və tərəfdaşlarına minnətdarlığını bildirir və hamıya qolf neydançalarında uğurlar və əla nəticələr arzulayır. Və deyir: "Gələn il Bakıda görüşənədək, Azərbaycan!”

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR