Qollarını kəsdi, özünü asdı

SOSİAL
13:05 29.08.2016
1296
Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib
Hadisə Stroydetal küçəsi, ev 38-də qeydə alınıb.
Orada Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Rəhimov özünü evin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə kəndirlə asaraq intihar edib.
Meyidin hər iki qolunda kəsilmiş yaralar aşkar edilib. Müəyyən edilib ki, M.Rəhimov bir neçə gün əvvəl qollarını kəsərək özünü öldürmək istəyib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq davam edir.
///report
OXŞAR XƏBƏRLƏR