Qolu sınmış kişiyə “27 həftəlik hamilə” diaqnozu qoydular

Qolu sınmış kişiyə “27 həftəlik hamilə” diaqnozu qoydular
DÜNYA
13:42 27.12.2019
6546
Rusiyanın Novqorod vilayətinin Mərkəzi Xəstəxanasında qolu sınmış kişiyə "27 həftəlik hamilə” diaqnozu qoyublar.

Kişi əməliyyatdan sonra qoluna qoyulan metal konstruksiyanı çıxarmaq üçün xəstəxanya gəlib.

Xəstəlik epikrizində "27 həftəlik hamilə” olduğu yazısını görən şəxs təəcüblənib.

Həkimlər ona doğuşdan sonra metalı çıxarmağı məsləhət görüblər.

Qeyd edilir ki, xəstəxanada daha əvvəl də bir şəxs "kliniki ölüm” keçirməsi ilə bağlı kağız verilib.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR