Azərbaycanın tanınmış teleprodüsseri Kemal Cenk İçten ağır avtomobil qəzası keçirdiyini xəbər vermişdik.AZXEBER.COM olaraq teleprodüsserin həyat yoldaşı model Minara Allahverdiyeva ilə əlaqə saxladıq. O həyat yoldaşı ilə dünən danışdığını bildirdi: "Danışdıq və sonra sağollaşdıq. Qəzadan xəbərim olmayıb. Mətbuatda gördüm. Tez əlaqə saxladım. Telefonu ona elə indi verdiklərini dedi. Vəziyyəti yaxşıdır. Qolunda sınıq, qabırğasında isə çat var. Çox danışa bilmədik. Dünən Marmarisdən İzmirə yola düşəcəkdi. Yəqin ki, həmin anda baş verib qəza."Qeyd edək ki, tanınmış teleprodüsser Kemal Cenk İçten Türkiyənin Manisa şəhərində baş verən qəza zamanı dostu Gökhan Göktürklə birlikdə olub. Onların maşını qarşı digər minik avtomobili ilə toqquşub. Nəticədə altı nəfər yaralanıb.Ozal İbrahimli